RU

Bunu edən ilk Aİ ölkəsi oldu: İsraillə qarşı qadağa

Sloveniya hökuməti İsraillə silah ixracı, idxalı və tranzitini rəsmi olaraq qadağan etdiyini açıqlayıb.

Publika.az xəbər verir ki, qərar baş nazir Robert Qolobun təşəbbüsü ilə qəbul olunub.

Sloveniya bununla İsraillə hər cür silah ticarətini dayandıran ilk Avropa İttifaqı ölkəsi olub. Rəsmi açıqlamada qeyd edilib ki, Qəzzada baş verən humanitar fəlakətə və yardımın qarşısının alınmasına görə İsrail məsuliyyət daşıyır.

Xarici İşlər Nazirliyi bu səbəblə İsrailin yeni təyin olunmuş səfiri Rut Koen Darı nazirliyə çağıraraq etirazını bildirib. Eyni zamanda İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotriç Sloveniyada “istənilməyən şəxs” elan edilib.

Xatırladaq ki, Sloveniya parlamenti iyunun 4-də Fələstini rəsmi olaraq dövlət kimi tanımışdı.

Избранный
12
4
publika.az

5Источники