Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində təmir işləri aparılacaq.Demokrat.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq, avqustun 2-si saat 08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.