RU

Kafedə dəhşət: Gənc qız rəfiqəsinin üzünü şüşə ilə doğradı

Rusiyanın Orınbor (indiki Orenburq) şəhərində kafedə baş tutan dostluq məclisi qanlı insidentlə nəticələnib.

"Cebheinfo.az" xəbər verir ki, 22 yaşlı qızla onun 29 yaşlı rəfiqəsi arasında mübahisə baş verib.

Gənc qız əsəblərinə hakim ola bilməyib, masadakı şüşə stəkanı götürərək rəfiqəsinin üzünə çırpıb. Nəticədə qadın müxtəlif kəsik xəsarətləri alıb.

Hadisənin konkret səbəbi məlum olmasa da, yerli KİV-lər bu mübahisənin kişilərlə bağlı fikir ayrılığı və ya hesaba görə yarandığını ehtimal edirlər.

Zərərçəkən dərhal tibbi yardıma və hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisəni törədən şəxs saxlanılıb. Ona qarşı cinayət işi açılıb. Gənc qadını 10 ilə qədər həbs cəzası gözləyir.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

"Cebheinfo.az" 

Избранный
32
2
cebheinfo.az

3Источники