"AccessBank" QSC müştəriyönümlü strategiyasını davam etdirərək, biznes sahibləri üçün daha bir rahat xidməti – myPOS mobil ödəniş həllini təqdim edir. Bu xidmətin sayəsində smartfon artıq ödəniş terminalı kimi istifadə oluna bilər. Yenilik qlobal rəqəmsal ödəniş sahəsinin lideri olan Visa şirkətinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət haqqında ətraflı məlumat üçün linkə keçid:
Müştərilər isə əvvəlki kimi rahat şəkildə təmassız bank kartı, smartfon, ağıllı saat və digər cihazlarla ödəniş edə biləcək.
“AccessBank" olaraq müştərilərimizə müasir rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun innovativ həllər təqdim etməyə daim çalışırıq. Kiçik və orta biznes üçün əməliyyat xərclərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması xüsusilə vacibdir. Bu həll müştərilərimizə yeni imkanlar açır: əlavə avadanlıq xərci olmadan, istənilən vaxt və məkanda ödəniş qəbul edə bilər. Bu texnoloji, sərfəli və tam təhlükəsiz bir alətdir və dəyişkən dünyada biznesin inkişafını dəstəkləyir”, - "AccessBank"ın nümayəndəsi bildirib.
“Mobil cihazın bank terminalına çevrilməsi texnologiyası artıq dünyanın bir çox ölkəsində özünü doğruldub. Azərbaycanda nağdsız əməliyyatlar sürətlə inkişaf edir və bizneslər yeni ödəniş həllərinə böyük maraq göstərir. Əminik ki, bu birgə həll vasitəsilə "AccessBank"ın ölkənin müxtəlif regionlarından minlərlə müştərisi ödənişləri tez, rahat və asan şəkildə qəbul edə biləcək. Bununla yanaşı, tapXphone beynəlxalq ödəniş sistemlərinin bütün təhlükəsizlik tələblərinə cavab verdiyi üçün sahibkarlar əməliyyatların təhlükəsizliyindən əmin ola bilərlər”, - tətbiqin istehsalçıları əlavə edib.
Xidmətə qoşulmaq üçün "AccessBank"a müraciət etmək kifayətdir — bankın mütəxəssisləri sizə bütün mərhələlərdə, o cümlədən məsləhətləşmə, qoşulma və tətbiqin qurulması prosesində tam dəstək göstərəcəklər.