RU

"Liverpul" yeni ev formasını təqdim edib - FOTOLAR

İngiltərənin "Liverpul" klubu 2025/2026 mövsümü üçün komandanın ev forması təqdim edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, bu mövsümdən etibarən Mersisayd təmsilçisinin texniki sponsoru məşhur alman şirkəti "Adidas" olacaq.

Qeyd edək ki, "Liverpul"  hazırda İngiltərə çempionudur. Komandaya hollandiyalı mütəxəssis Arne Slot rəhbərlik edir. Yeni mövsümdə «Liverpul»un Premyer Liqada ilk oyunu "Bornmut" ilə olacaq. Görüş 15 avqustda "Enfild" stadionunda baş tutacaq və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Qeyd edək ki, "Liverpul" bu yay "Bayer"dən almaniyalı yarımmüdafiəçi Florian Virtsi alıb. Mersisaydlıların Leverkuzen klubuna futbolçu üçün təxminən 130 milyon avro ödəyib.

Избранный
54
90deqiqe.az

1Источники