ain.az bildirir, Axsham.az portalına istinadən.
Əməkdar artist Firuz Səxavət bu gün dünyasını dəyişən Xalq artisti Arif babayevlə bağlı açıqlama verib.
Xanəndə Axşam.az-a açıqlamasında onunla ötən həftə görüşdüyünü deyib.
"Hamımızın çox böyük itkisidir. Muğamımız böyük itki yaşadı. Hamımızın müəllimi, muğamımızın ağsaqqalı idi. Tələbəli çoxdur. Klassik muğamın barız nümunəsi idi. Sarsıntı yaşadıq. Nə qədər muğam, Azərbaycan xalqı var hamı onu qəlbində yaşadacaq. Ən layiqli sənətkarlardan biri idi. Bizim həm müəllimimiz, ağsaqqalımız idi. Həm muğam, həm həyatla bağlı məsləhətləşirdik.
Sonuncu dəfə onu ötən həftə gördüm. Mən işlərlə bağlı rayonda oluram. Bir dostumuz dedi ki, Firuz, Arif Babayev səni soruşur. Gəldim Bakıya, xəstəxanaya yerləşdirilmişdi. Getdim onu gördüm. Zarafatlaşdıq. Dedi ki, sabah gedirəm Qaxa. Mən də qayıtdım rayona. Qaxa gedib, halı pisləşib və Bakıya gətiriblər.
Sanki onunla halallaşmışdım. Xatirəmizdə zarafatçıl biri kimi qaldı. Ağsaqqalım idi, lazım olanda məsləhətləşirdim. Arif Babayev mənə ikinci ata idi".
Foto+Video: Əli Qubadlı
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.