RU

KKKTC liderindən İsrailin adanın işğal planına qarşı açıq mesaj: Arxamızda Türkiyə var, hər şeyi...

Mia.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İsrailin Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) işğal etməyə hazırlaşdığı iddiaları dünyanın aparıcı media orqanlarının manşetlərini bəzəyib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iddiaya əsasən, İsrail Yunanıstan və Cənubi Kiprin yunan administrasiyası ilə birgə fövqəladə hallar planı üzərində işləyir. Plana əsasən, adanın türklər olan bölgəsi, yəni, KKTC 50 mindən çox hərbçisinin olduğu Türkiyə ordusundan təmizlənir və yunanların sərəncamına verilir.

Bu barədə daha ətraflı aşağıdakı linkdən oxuya bilərsiniz: 

https://mia.az/w1086484/israil-mediasindan-sok-cagiris-quotsimali-kipri-tutumaliyiqquot-turkiyenin-nuve-gucune-benzer-raketi-qorxu-yaradib-2025-07-31-131437

 KKTC prezidenti Ersin Tatar bu iddialara reaksiyasız qalmayıb.

O, "Türk Silahlı Qüvvələri burada sabitliyin qarantıdır. Türkiyə bizim də dövlətimizdir, təminatçımız, arxamızdır", - deyərək, İsrailin "İsrael Hayom" qəzetinin təhlilini Türkiyənin "CNN Türk" telekanalında şərh edib.

Ersin Tatar bildiribb ki, adada iki fərqli xalqın (türk və yunan - Mia.az) və iki fərqli demokratiyanın varlığında qərarlıdırlar: "Bu yer İsrailə 100 km yaxınlıqdadır. Yunanlar İsraildən müxtəlif əlaqələr və müqavilələr vasitəsilə hər cür dəstək alırlar. Üstəlik, Birləşmiş Krallığın və ABŞ-ın burada bazaları da var. İsrail isə Yaxın Şərqdəki qarışıqlıqdan ruhlanaraq burada da öz maraqlarını həyata keçirməyə can atır. Lakin unudurlar ki, KKTC Mavi Vətənin ürəyidir. Türkiyə bizim də dövlətimizdir. Xüsusilə prezidentliyim dövründə Türkiyə ilə hər cür əməkdaşlığı davam etdiririk. Türkiyə bizim arxamız, təminatımızdır. Biz Türkiyədən hər cür maddi-texniki dəstəyi alırıq. Türkiyənin Sahil Mühafizəsi və Dəniz Qüvvələrindən iki komandir adadır. Ankara ilə daimi ünsiyyətdəyəm, hər şeydə Türkiyə Respublikası ilə məsləhətləşirəm”.

Samir MUSAYEV

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
5
1
mia.az

2Источники