RU

Musk dan Trampa sürpriz dəstək

News24 portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ-da milyarder Elon Musk ilə Donald Tramp arasındakı gərgin sözlü atışmalara baxmayaraq, Musk iyun ayında Tramp və Respublikaçılara 15 milyon dollar ianə edib.

News24.az xəbər verir ki, Politico nəşrinin Federal Seçki Komissiyasına istinadən yaydığı məlumata görə, Musk Trampın MAGA kampaniyasına 5 milyon dollar, Respublikaçıların Konqres və Senat liderlik fondlarına isə iyunun 27-də 5+5 milyon dollar bağışlayıb.

Maraqlısı budur ki, Musk bu dəstəklərdən cəmi bir həftə sonra öz siyasi partiyasını quracağını açıqlayıb.

Tramp daha əvvəl Musk-ı sərt tənqid edərək, ondan "böyük xəyal qırıqlığı yaşadığını" bildirmişdi. Musk isə cavabında “Mən olmasaydım Tramp seçimi uduzardı” deyə bəyan etmişdi.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
46
1
news24.az

2Источники