Rusiya ordusu bu gecə Ukraynanın müxtəlif bölgələrinə 72 pilotsuz uçuş aparatı ilə hücum təşkil edib.
Bakues.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, hücumlar ümumilikdə 300 PUA və 8 raketlə həyata keçirilib.
Ukrayna hava hücumundan müdafiə qüvvələri 44 PUA-nı məhv edib və ya yönləndirərək zərərsizləşdirib.
Qeyd olunub ki, hücumların əsas hədəfləri mülki infrastruktur və şəhər əraziləri olub. Hazırda hücum nəticəsindəki dağıntılar və insan tələfatı ilə bağlı araşdırmalar davam edir.