Bakı. Trend:
Bəzi kütləvi informasiya vasitələrinin yaydıqları məlumatlaraəsasən, son həftələrdə Rusiya Federasiyasının Cənubi Qafqazdakıhərbi strategiyası ilə bağlı narahatedici proseslər müşahidəolunur. İddialara görə, Ermənistanın Gümrü şəhərində yerləşən102-ci Rusiya hərbi bazasının fəaliyyəti əhəmiyyətli dərəcədəaktivləşib. Məzkur fəallıq nə şəxsi heyətin planlı rotasiyası, nədə bazanın müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlıdır.Əksinə, mənbələr bu addımların Rusiya tərəfindən Ermənistandakıdaxili siyasi proseslərə müdaxilə məqsədi daşıyan daha genişstrategiyanın tərkib hissəsi olduğunu iddia edir.
İddia olunur ki, Rusiyanın əsas hədəflərindən biri Ermənistanınbaş naziri Nikol Paşinyanın vəzifədən uzaqlaşdırılmasıdır.İddialara görə, Moskva İrəvan üzərindəki birbaşa təsiriniitirdikdən sonra, ölkədə süni şəkildə yaradılmış böhran vasitəsiləbu təsiri yenidən bərpa etməyə çalışır. Bu böhrana Ermənistanərazisində müxtəlif təxribatların daxil olması da ehtimal edilir.Bəzi mənbələr hətta 2014-cü ildə Krımda baş verən hadisələrləparalellər apararaq, mümkün sərt müdaxilənin mümkünlüyündən də bəhsedirlər.
Xaos və qeyri-sabitlik şəraitində Paşinyana alternativ kimikeçmiş prezidentlər - Robert Kbçaryan və Serj Sarqsyanın adları önplana çəkilir. Rusiyapərəst mövqeləri ilə tanınan bu siyasətçilərin"ölkəni xilas etmək" bəhanəsi ilə yenidən səhnəyə gətirilməsissenarisi istisna edilmir.
Əsas təhlükə, ekspertlərin fikrincə, Rusiyanın Ermənistanı idarəolunan böhran modeli üçün əməliyyat məkanı kimi görməsidir.
Gerçəkdən də, Cənubi Qafqazda geosiyasi vəziyyət stabildeyil.
2020-ci il 44 günlük İkinci Qarabağ müharibəsindən və ardıncabaş verən proseslərdən sonra bölgədə qüvvələr nisbəti kəskinşəkildə dəyişib. Ermənistan həm daxili, həm də xarici baxımdançətin vəziyyətdədir və hazırda geosiyasi qarşıdurmaların mərkəzinəçevrilib. Xarici oyunçular, xüsusilə də Rusiya, burada ya özmövqelərini möhkəmləndirməyə, ya da itirdiklərini geri qaytarmağaçalışır. Buna görə də Ermənistanda dövlət çevrilişi ehtimalı və buprosesdə Rusiyanın rolu ilə bağlı risklərin analizi, gələcəkssenariləri anlamaq üçün kritik əhəmiyyət daşıyır.
Dövlət çevrilişi ehtimalını dəyərləndirmək üçün ilk növbədəErmənistanın daxili siyasi vəziyyətini təhlil etmək vacibdir. NikolPaşinyan 2018-ci ilin "məxməri inqilabı" nəticəsində hakimiyyətəgəldi, lakin 2020-ci ildəki müharibədəki məğlubiyyət onunlegitimliyinə ciddi zərbə vurdu. 2021-ci ildə keçirilmişnövbədənkənar parlament seçkilərində o qalib gəlsə də, əhalininəhəmiyyətli bir hissəsi hələ də müharibənin nəticələrinə vəölkədəki sosial-iqtisadi vəziyyətə görə narazıdır.
Ermənistan müxalifəti, əsasən keçmiş elitalardan - RobertKöçəryan və Serj Sarqsyan kimi fiqurlardan ibarətdir. Bu qüvvələrhökumət əleyhinə əhval-ruhiyyədən aktiv şəkildə istifadə edir.Onların ritorikası əsasən Paşinyanı "milli maraqları satmaqda" və"Qərbyönlü kurs aparmaqda" günahlandırmaq üzərində qurulub. Hələlikbu qüvvələr konstitusion yolla hakimiyyətə yiyələnmək üçünyetərincə dəstək toplaya bilməsələr də, onların Ermənistanın daxilisiyasətindəki proseslərə təsir imkanları var.
Onlar güc strukturlarının bir hissəsi ilə əlaqələrini, maliyyəvə media resurslarına çıxışı qoruyub saxlayıblar ki, bu da"sabiqlər"i hər hansı destabilizasiya ssenarisində real iştirakçıyaçevirə bilər.
Ermənistanda daxili siyasi qeyri-sabitlik və güclü, hərçənd ki,parçalanmış müxalifət mövcudluğu, xarici müdaxilə üçün münbit zəminyaradır. Paşinyan hökuməti Moskva ilə məsafə saxlamağa və Qərbləmünasibətləri inkişaf etdirməyə çalışdıqca, Rusiya elitasınındəstəyini əhəmiyyətli dərəcədə itirib. Bu isə onu xarici qüvvələrinhakimiyyəti dəyişmək cəhdləri qarşısında daha həssas edir.
Rusiya Cənubi Qafqazı özünün istisna maraqlar zonasına daxilhesab edir. Ermənistanın Qərblə, xüsusilə də Fransa və ABŞ iləyaxınlaşması Moskva tərəfindən onun geosiyasi mövqelərinə birbaşatəhlükə kimi qiymətləndirilir.
Son illərdə İrəvanın Qərbə doğru yavaş, amma ardıcıl şəkildəyönəldiyi açıq-aydın müşahidə olunur.
Ermənistan xarici siyasət və müdafiə sahəsində tərəfdaşlığınışaxələndirməyə çalışır ki, bu da Moskvada ciddi narazılıqdoğurur.
Nikol Paşinyanın devrilməsi Rusiya üçün Ermənistanı yenidən öznəzarət dairəsinə qaytarmaq imkanı kimi görünür. Bu halda Moskvaİrəvanda özünə sadiq bir hökumət formalaşdırmaqla ErmənistanınQərbyönlü siyasətdən imtinasına və KTMT, Avrasiya İqtisadi İttifaqı(Aİİ) təki təşkilatlarla əməkdaşlığa qayıtmasına nail ola bilər.Həmçinin bu, Qərbin bölgəyə nüfuz etməsinin qarşısını almağa vəErmənistanın Qərb üçün platformaya çevrilməsini əngəlləməyə xidmətedərdi. Bundan başqa, 2020-ci ildəki məğlubiyyətdən sonra sarsılan“təhlükəsizlik zəmanətçisi” imicini bərpa etmək üçün də uğurluhakimiyyət dəyişikliyi Moskva üçün reputasiya baxımından faydalıola bilər. Rusiya bu məqsədlərə çatmaq üçün bir neçə vasitədənistifadə edə bilər.
Birincisi, Ermənistandakı “beşinci kolon” və müxalif qüvvələrəsiyasi, maliyyə və informasiya dəstəyi verməklə. Bu, genişmiqyaslıetirazların təşkili, Paşinyan hökumətinin nüfuzdan salınması üçünprorus media kanallarının işə salınması, eləcə də güc strukturlarıvə iş adamları ilə pərdəarxası təmasları əhatə edə bilər.
İkincisi, hərbi şantaj və təxribatlar vasitəsilə gərginliyinartırılması mümkündür. Ermənistanın daxilində baş verə biləcəktəxribatlar vasitəsilə xaos mühiti yaradılaraq Moskvanın loyalqüvvələrinin “qayda-qanun” adı altında hərəkətə keçməsi təmin ediləbilər. Bu, qeyri-rəsmi diversantlar və ya Rusiyaya birbaşabağlanmayan qüvvələr vasitəsilə həyata keçirilə bilər.
Üçüncüsü, Gümrüdəki 102-ci Rusiya hərbi bazasından istifadəehtimalı yox deyil. Hazırda bu baza ətrafında hərbi aktivliyinartması və silah-sursat toplanması haqda yayılan məlumatlar xüsusidiqqət tələb edir. Əgər doğrudan da şəhər döyüşləri və yaxınməsafəli qarşıdurmalar üçün silahlar bazaya gətirilirsə, bu,2014-cü ildə Krımda baş verən hadisələrin analoqu ola bilər.
Ağır silahların toplanması isə sərhəd zonasında gərginliyiartırmaq və müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıya bilər.Bütün bunlarla yanaşı, yayılan məlumatların məqsədli dezinformasiyaxarakteri daşımaq ehtimalı da nəzərə alınmalıdır.
Belə xəbərlər Moskvanın Paşinyana təzyiq göstərmək üçün gücssenarisinə hazır olduğunu göstərən psixoloji siqnal ola bilər.Eyni zamanda, bu iddiaların səslənməsi kənar qüvvələrin və gcülərinregionda süni gərginlik yaratmaq və qarşıdurmanı qızışdırmaq üçünistifadə oluna bilər.
Rusiya özünü qətiyyətli və müdaxiləyə hazır güc mərkəzi kimitəqdim etmək məqsədilə bu tip kampaniyalara əl ata bilər. Ammabütün bunlara baxmayaraq, mövcud geosiyasi reallıqları nəzərəalaraq, güc ssenarisinin hazırlanması ehtimalını tamamilə istisnaetmək olmaz. Ermənistan ərazisində yerləşən və ciddi hərbipotensiala malik olan Rusiya bazası Moskva üçün daim bir rıçaq,yəni təzyiq və müdaxilə aləti kimi qalacaq.
Bu günlərdə Nikol Paşinyanın Qərbyönlü hökumətini devirməkməqsədilə Rusiyanın Ermənistanda dövlət çevrilişi təşkil edəbiləcəyi ilə bağlı ehtimallar getdikcə daha çox səsləndirilir. Bufikirlərin əsasına Ermənistanın xarici siyasətində baş verənradikal dəyişikliklər dayanır: KTMT-dən çıxış, Aİ ilə yaxınlaşma,Roma Statutuna qoşulma, prorus fiqurların həbsi və Moskvayaünvanlanan açıq ittihamlar. Bəs doğrudanmı Rusiya bu ölkədəçevriliş təşkil edə bilər? Ən əsası – belə bir ssenariyə həqiqətənehtiyac duyurmu? Gəlin bütün arqumentlərə soyuqqanlı və ardıcılşəkildə nəzər salaq.
Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistan daxilində hazırdasiyasi kollaps müşahidə olunmur. Bəli, Paşinyanın reytinqi xüsusilə2023-cü ildə Qarabağdakı separatçıların darmadağınından sonra xeyliaşağı düşüb. Ancaq ölkədə fəaliyyət göstərən heç bir müxalif qüvvəgeniş ictimai dəstəyə sahib deyil. Nə Köçəryan, nə də digər prorusrevanşistlər ermənilərin əksəriyyəti üçün cəlbedici fiqurlar deyil.Onlar korrupsiyalaşmış və ölkəni iflasa aparmış köhnə elitanınsimaları kimi qəbul edilirlər.
Bundan əlavə, güc strukturları hələ də hökumətin nəzarətindədir.2020-ci ildən sonra Paşinyan orduda və Milli TəhlükəsizlikXidmətində kadr islahatları aparıb. Xüsusi diqqət Rusiyaya bağlıolan zabitlərin təsir imkanlarının məhdudlaşdırılmasına yönəlib.Ermənistan eyni zamanda Fransa, Hindistan və digər ölkələrləmüdafiə sahəsində əməkdaşlığını gücləndirir ki, bu da daxili gücbalansına təsir edir. Ona görə də ordunun sabah Moskvadan göstərişalaraq küçələrə çıxacağı və Paşinyanı devirəcəyi ssenarisiinandırıcı görünmür.
Digər tərəfdən, Rusiyanın Paşinyana qarşı narazılığınıgizlətmədiyini də inkar etmək olmaz. Onun son addımları Ermənistanıfaktiki olaraq Rusiya təsirindən çıxarıb. 2020-ci ildəki Qarabağsavaşında Ermənistan separatçılarına yardım göstərmədiyi üçünMoskva erməni cəmiyyətində etibarını itirib. İndi isə Paşinyan açıqşəkildə Rusiyanı ölkədəki sabitliyi pozmaqda ittiham edir. Kremlisə cavab olaraq təzyiq vasitələrini artırır – iqtisadi alətlər,informasiya hücumları və prorus medialar bu siyahınınbaşındadır.
Əgər Rusiya çevriliş cəhdi edəcəksə, bunu birbaşa deyil, hibridmetodlarla edəcək. Bu, saxta xəbərlərlə qızışdırılmış küçəetirazları, sosial şəbəkələrdə təşkil edilmiş informasiyakampaniyaları, hökumətə qarşı iqtisadi narazılığın süni şəkildəartırılması və nəzarətində olan medialar vasitəsilə hakimiyyətinnüfuzdan salınması formasında baş verə bilər. Amma bu ssenarilərdaxildə real gücə sahib bir oyunçu olmadan effektiv olmayacaq.
Rusiyanın qarşısında dayanan ən ciddi əngəllərdən biri Qərbinmövqeyidir. ABŞ, Aİ və xüsusilə Fransa son aylar Ermənistanlamünasibətləri dərinləşdirməyə ciddi resurs sərf ediblər.Ermənistanda baş verəcək hər hansı zorakı hakimiyyət dəyişikliyibirbaşa aqressiya kimi qiymətləndiriləcək və bunun nəticələriMoskva üçün ağır ola bilər. Üstəlik, tarixən gərgin münasibətlərəbaxmayaraq, Türkiyə də İrəvanda prorus qüvvələrin hakimiyyətəqayıtmasında maraqlı deyil. Bu, regiondakı balansı pozar vəbütövlükdə Cənubi Qafqazı qeyri-sabit vəziyyətə sürükləyər.
Nəticə etibarilə, Rusiyanın Ermənistanda çevriliş təşkil etməkistəyi və bunun üçün bəzi imkanlara malik olması danılmazdır. Ammabu, nə asan başa gələcək, nə də ciddi risklərsiz mümkün olacaq.Ermənistan cəmiyyəti revanşistlərə inanmır, Paşinyan hələ dəmüəyyən legitimliyə malikdir, ordu isə tam şəkildə Moskvanınnəzarətində deyil. Qərbin, xüsusən Fransanın artan iştirakı isəçevriliş planlarını çətinləşdirir. Beləliklə, Rusiya üçün bu günPaşinyanı devirmək nə siyasi, nə hərbi, nə də beynəlxalq baxımdanasan və sərfəli görünmür.
Nəticə etibarilə belə demək olar: Rusiyanın iştirakı iləErmənistanda dövlət çevrilişi ehtimalı nəzəri baxımdan mövcuddur.Lakin bu ehtimalın praktikada reallaşması olduqca çətindir.Paşinyan hələlik güc strukturlarına nəzarət edir, ordu hakimiyyətəqarşı sədaqətsizlik əlamətləri göstərmir, müxalifət isə zəifdir vəictimai rəyə görə nüfuzdan düşmüş vəziyyətdədir. Rusiyanın isə nəinsan resursları, nə siyasi imkanları, nə də beynəlxalq dəstəyibirbaşa müdaxilə üçün yetərlidir. Kreml maksimum halda daxildənvəziyyəti tədricən sarsıtmağa, sabitliyi pozmağa və Paşinyanınmövqelərini zəiflətməyə çalışa bilər. Amma bu belə olsa belə, buproses uzunmüddətli və uğur ehtimalı aşağı olan bir yoldur.
2025-ci ilin sonunadək proqnoz: açıq şəkildə çevriliş ehtimalı –çox aşağı. İnformasiya-psixoloji təzyiqlər və destabilizasiyacəhdləri – yüksək ehtimallı. Ermənistanda hakimiyyətin xalqtəşəbbüsü ilə vaxtından əvvəl dəyişməsi ehtimalı – mümkündür, ammayalnız daxili ciddi böhran şəraitində və bu, birbaşa Rusiya iləəlaqəli olmaya bilər.
Paşinyan hələlik hakimiyyətdə qalır. Moskva narazıdır, lakinriskə getmir. Ermənistan mürəkkəb bir dövrün astanasındadır, lakinKremlin təlimatı ilə hərbi çevriliş – daha çox qorxu effektidoğuran bir ssenaridir, nəinki real təhlükə.
Cənubi Qafqaz geosiyasi baxımdan riskli və həssas zona olaraqqalır. Ermənistan, Rusiya ilə Qərb arasında sıxılmış vəziyyətdə,suverenliyini qoruyub saxlamaq üçün tarazlaşdırıcı siyasətyürütməyə məcburdur. İrəvanda çevriliş ehtimalı qaçılmaz deyil,lakin Ermənistan Moskvadan uzaqlaşdıqca bu risk artır. Rusiya öztəsir imkanlarını və hibrid alətlərini işə salaraq itirdiyimövqeləri geri qaytarmağa cəhd edəcək. Bu isə bütövlükdə regionüçün davamlı qeyri-sabitlik və yeni gərginliklər təhlükəsideməkdir.
Ermənistan üçün əsas vəzifə daxili institutları gücləndirmək,siyasi qütbləşməni azaltmaq və xarici siyasətdə balanslı yanaşmaformalaşdırmaqdır ki, xarici müdaxilə riskləri minimumaendirilsin.