RU

İsrail bu ölkədəki diplomatlarını geri çağırır

Cebheinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

İsrail Xarici İşlər Nazirliyinin Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu Dabidəki səfirlikdə və Dubaydakı baş konsulluqda çalışan bütün diplomatik heyəti və onların ailələrini təxliyə etmək qərarı verdiyi bildirilib.

"Cebheinfo.az" "Yedioth Ahronoth" qəzetinə istinadən verdiyi məlumata görə, bu qərar, İsrailin Milli Təhlükəsizlik Şurasının vətəndaşlara BƏƏ-yə səfərlərlə bağlı xəbərdarlığını yeniləməsindən sonra verilib.

Xarici İşlər Nazirliyinin təxliyə qərarının “adi hal olmadığını” bildirən xəbərdə, bu addımın yüksək səviyyəli xəbərdarlığa işarə etdiyi vurğulanıb.

Milli Təhlükəsizlik Şurası verdiyi xəbərdarlıqda BƏƏ-də İsrail hədəflərinə qarşı hücum ehtimalının narahatlıq doğurduğunu bildirərək, “Ölkəyə zəruri olmayan səfərlərdən çəkinmək və səfər etməyi planlaşdıranların qərarlarını yenidən nəzərdən keçirməsi şiddətlə tövsiyə olunur” ifadəsinə yer verib.

BƏƏ-yə qarşı üçüncü dərəcəli səfər xəbərdarlığının hələ də qüvvədə olduğu qeyd olunub.

Nigar Hacılı 

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
cebheinfo.az

2Источники