İstanbulda 38 yaşlı turist əməliyyatdan sonra dünyasını dəyişib.
Publika.az “The Sun”a istinadən bildirir ki, britaniyalı saç əkimi əməliyyatı keçirib.
"38 yaşlı kişi İstanbula uçub və bazar ertəsi günü 5 saatlıq saç əkimi əməliyyatı keçirib. Lakin əməliyyatdan qısa müddət sonra onun səhhəti pisləşib", - məlumatda deyilir.
Turist təcili olaraq xəstəxanaya çatdırılıb. Ona lazımi köməklik göstərilib. Lakin həkimlər xəstəni xilas edə bilməyiblər.
Hazırda onun səhhətinin pisləşməsi və ölümün səbəbləri müəyyənləşdirilir. Nəşr qeyd edib ki, hüquq-mühafizə orqanları təyin olunmuş ekspertizaları aparır. Polis artıq əməliyyatın aparıldığı klinikanın əməkdaşları ilə dindirmələr aparıb.