RU

Azərbaycanın valyuta ehtiyatlarının məbləği ümumi daxili məhsulunun məbləğini keçib

2025-ci ilin 01 iyul tarixinə ölkənin valyuta ehtiyatlarının məbləği (Azərbaycan Respublikası Dövlət Neft Fondu və Azərbaycan Respublikasının Mərkəzi Bankı) 2025-ci il üzrə proqnozlaşdırılan Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) məbləğini üstələyib.

Marja.az xəbər verir ki, 2025-ci ilin 01 iyul tarixinə Azərbaycanın cəmi valyuta ehtiyatları 77,7 milyard ABŞ dolları məbləğində olub. 2025-ci il üzrə Azərbaycanın ÜDM-i 76 milyard 860,3 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılır. Beləliklə, valyuta ehtiyatlarının məbləği gözlənilən ümumi daxili məhsulunun məbləğini üstələyib. 

2025-ci ilin 01 iyul tarixinə ölkənin valyuta ehtiyatları 77,7 milyard ABŞ dolları məbləğində olmaqla xarici dövlət borcunu ( 5 milyard 10,7 milyon ABŞ dolları) təqribən 15,5 dəfə üstələyir.

01 iyul 2025-ci il tarixi vəziyyətinə Azərbaycanın xarici dövlət borcu 5 milyard 10,7 milyon ABŞ dolları və ya 2025-ci il üzrə 76 milyard 860,3 milyon ABŞ dolları məbləğində proqnozlaşdırılan ÜDM-in 6,5 faizini təşkil etmişdir. 

Избранный
11
marja.az

1Источники