Bakı. Trend:
Rusiyanın Kamçatka bölgəsində 5,5 bal gücündə zəlzələ başverib.
Bu barədə TrendRusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin FederalTəqiqat Mərkəzinin Kamçatka filialının mətbuat xidmətinə istinadənxəbər verir.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 89kilometr aralıda qeydə alınıb.
Zəlzələnin yeraltı ocağı 26,2 kilometr dərinlikdə olub.
Qeyd edilir ki,son günlər Kamçatda bölgəsində yüksək seysmikaktivlik müşahidə olunmaqdadır. İyulun 30-da Kamçatkada 8,7 balgücündə zəlzələ ardınca 30-a yaxın afterşok və sunami başverib.