RU

Türkiyənin turizm bölgəsində su böhranı Hər gün 10 saat su verilişi olmayacaq

Mia.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyənin turizm bölgəsində su böhranı yaşanır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İzmirin turizm bölgəsi olan Çeşmədə quraqlıq səbəbiylə keçən həftədən gündəlik 7 saatlıq su kəsilməsi qərarına dəyişiklik olunub.

Məlumata görə, Çeşmənin əsas su mənbəyi olan Kutlu Aktaş Barajında su səviyyəsi kritik həddə düşdüyündən 7 saatlıq su kəsintisi qərarı 10 saatlıq kəsintiylə əvəzlənib.

İzmir Su və Kanalizasiya İdarəsindən bildirilib ki, qərar bu gün Bakı vaxtilə saat 10.00-dan tətbiq olunacaq: "Qərara əsasən, yerli vaxtla saat saat 23:00- səhər saat 9:00 arasında gündəlik suyun verilişi 10 saat dayandırılacaq".

Qərarı nə vaxtadək qüvvədə qalacağı haqda məlumat verilməyib.

Samir MUSAYEV

MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
14
mia.az

1Источники