Rusiyanın aparıcı aviaşirkətlərindən biri olan S7 Airlines bütün beynəlxalq uçuşlarını, o cümlədən Özbəkistana həyata keçirdiyi reysləri rəsmən dayandırdığını açıqlayıb.
Vətəninfo.az xəbər verir ki, şirkət Özbəkistana həftə ərzində təxminən 10 reys yerinə yetirirdi. Artıq bu reyslər də tamamilə ləğv olunur.
Bunun fonunda son üç gün ərzində Rusiyadan Özbəkistana olan aviabiletlərin qiymətləri orta hesabla 2 dəfə artıb.
Mütəxəssislər qiymətlərin yaxın günlərdə daha da yüksələ biləcəyini istisna etmir. Səfər planı olan vətəndaşlara bu vəziyyəti nəzərə almaları tövsiyə olunur.