RU

Rusiyanın ən zənginlərinin sərvəti 20 milyard dollardan çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bloomberg Milyarderlər İndeksinə əsasən, Rusiyanın ən zəngin iş adamlarının sərvəti ilin əvvəlindən 20,163 milyard dollar artıb.

Banco.az xəbər verir ki, "Telegram"ın həmtəsisçisi Pavel Durov ilin əvvəlindən 3,27 milyard dollar qazanıb.

Onun sərvəti hazırda 14,3 milyard dollardır. Rusiyanın ən böyük dəmir filizi istehsalçısı "Metalloinvest"in səhmdarı Əlişir Usmanovun sərvəti isə 3,12 milyard dollar artaraq 16,3 milyard dollar olub.

Ən böyük zərər biznesmen Vladimir Lisinə dəyib. Belə ki, onun sərvəti 3,58 milyard dollar azalaraq 22,2 milyard dollar olub.

Qeyd edək ki, 2012-ci ilin martından "Bloomberg" planetin ən zəngin 500 adamının sərvətləri haqqında məlumatların yer aldığı Bloomberg Milyarderlər İndeksini dərc edir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Избранный
38
banco.az

1Источники