RU

Putin 1994-cü ildə Qazaxıstana ƏRAZİ İDDİASI İRƏLİ SÜRÜB

Yazını böyüt
Yazını kiçilt

Rusiya prezidenti Vladimir Putin hələ 1994-cü ildə Krıma, Şərqi Ukraynaya və Şimali Qazaxıstana ərazi iddiaları irəli sürüb.

Hafta.az-ın yazdığına görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin arxiv sənədlərinə istinadən “Der Spiegel” məlumat yayıb.

Bu məlumat Almaniyanın Müasir Tarix İnstitutu (Institut für Zeitgeschichte) tərəfindən nəşr olunan “Almaniya Federativ Respublikasının Xarici Siyasətinin Sənədləri” toplusunun yeni cildində yer alıb. Yeni nəşr 1994-cü ilin birinci yarısına həsr olunub.

Sənədlərdən birində Almaniyanın Sankt-Peterburqdakı baş konsulunun qeydlərinə istinad edilir. Diplomat Putinin 1994-cü il yanvarın 14-də verdiyi “qəti” bəyanatlarını xatırladıb. O bildirib ki, Krım, Şərqi Ukrayna və Şimali Qazaxıstan - ən azı bu ərazilər - Rusiya üçün heç vaxt yad olmayıb, onlar həmişə Rusiyanın tərkibində olublar.

“Heç bir rus bu ərazilərin necə başqa dövlətin tərkibində qaldığını izah edə bilməz”, - deyə Putin alman diplomatı sitat gətirib və deyib ki, bu, almanların anlamaqda çətinlik çəkə biləcəyi ruslar üçün milli məsələdir. O, həmçinin bildirib ki, Ukrayna və Qazaxıstandakı ruslar iqtisadi və sosial vəziyyətlərindən razı olsalar, “heç bir problem olmayacaq”.

“Qərb ölkələri Rusiyanın maraqlarının rasional müdafiəsini rus imperializminin dirçəlişi adlandırırlarsa, bu barədə kifayət qədər məlumatlı deyillər”, - deyən Putindən Almaniya diplomatı sitat gətirib.

Избранный
45
hafta.az

1Источники