Tərtər çayında 16 yaşlı yeniyetmə boğulub.
Leqal.info xəbər verir ki, hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində qeydə alınıb.
Məlumata əsasən, 2009-cu il təvəllüdlü Nihad Rüstəmov həmin çayın kənddən keçən hissəsində toplanmış su gölməçəsində həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта