Peşəkar Futbol Liqasıın (PFL) icraçı-direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan növbəti təyinat alıb.

Offsideplus.az xəbər verir ki, o, "Ludoqorets" (Bolqarıstan) - "Ferentsvaroş" (Macarıstan) matçında UEFA nümayəndəsi olacaq. Qarşılaşma Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində oynanılacaq.

Görüş Bolqarıstanın Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.