RU

BMT-nin Baş katibi Qazaxıstana səfər edəcək

BAKI, 1 avqust. TELEQRAF

BMT-nin Baş katibi Antonio Quterriş avqustun 3-də Qazaxıstana səfər edəcək.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilir ki, səfər Kasım-Jomart Tokayevin dəvəti ilə həyata keçiriləcək.

"Tokayev və Antonio Quterriş Almatıda danışıqlar aparacaq, həmçinin BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Davamlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzini ziyarət edəcəklər", - məlumatda bildirilir.

Избранный
32
23
teleqraf.com

10Источники