Azərbaycanın bu il iyulun 1-nə 5 milyard 10,7 milyon ABŞ dolları təşkil etmiş xarici dövlət borcunun 13,4 %-i və ya 671,3 milyon dolları Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə aid olub.
Missiya.Az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır.