Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiyaya səfərə edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinə yaxın “Pool of the First” “Teleqram” kanalı məlumat yayıb.
Bildirilib ki, Lukaşenko burada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirəcək.
Məlumata görə, söhbət zamanı dövlət başçıları ittifaq layihələri, Rusiya-Belarus münasibətlərinin inkişafı, həmçinin beynəlxalq gündəm və regional təhlükəsizlik məsələlərini müzakirə edəcəklər.
Daşqın HəsənovMissiya.Az