RU

Trampın xüsusi nümayəndəsi Rusiyaya səfər edəcək – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp bildirib ki, onun xüsusi nümayəndəsi Stiv Vitkoff yaxın günlərdə Rusiyaya səfər edəcək. 

Olaylar.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərlə söhbəti zamanı deyib: "Əvvəl İsrailə gedəcək, sonra - inanırsınızsa - Rusiyaya".

Xatırladaq ki, Tramp daha əvvəl Ukrayna münaqişəsinin həllində irəliləyiş əldə olunmasa, Rusiya və onunla ticarət edən tərəfdaşlara qarşı 100 faiz ikinci dərəcəli rüsumlar tətbiq ediləcəyi ilə hədələyib.

İyulun 14-də bu çağırışı edən Tramp əvvəlcə Rusiyaya 50 günlük müddət vermişdi. Lakin iyulun 28-də bu vaxtı 10-12 günə endirib. İyulun 29-da isə bildirib ki, bu 10 günlük ultimatumun müddəti avqustun 8-də başa çatacaq. Tramp, həmçinin, Rusiya Prezidenti Vladimir Putindən heç bir reaksiya görmədiyini və bundan məyus olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
32
olaylar.az

1Источники