RU

Almaniya Fələstinə görə İsraili hədələyib

Almaniya İsrailin Fələstin əraziləri ilə bağlı istənilən birtərəfli hərəkətlərinə cavab verməyə hazırdır...

Poliqon Reuters-ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Yohan Vadeful deyib.

"İsrail hökumətinin bir hissəsi tərəfindən açıq şəkildə ilhaq təhdidləri fonunda, getdikcə daha çox ölkə, o cümlədən Avropada bir çox ölkə ilkin danışıqlar prosesi olmadan Fələstin dövlətini tanımağa hazırdır", deyə nazir bildirib.

Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron sentyabrda BMT Baş Assambleyasının iclasında Fransanın Fələstin dövlətini rəsmən tanıyacağını açıqlamışdı. O əlavə edib ki,“bu gün təcili ehtiyac Qəzzada müharibəyə son qoymaq və mülki əhaliyə yardım göstərməkdir.

İyulun sonunda Fələstinin Avstriyadakı səfiri və BMT-nin Vyanadakı daimi müşahidəçisi Salah Əbdül Şəfi bildirmişdi ki, Fələstin onu dövlət kimi tanıyan ölkələrin sayının artacağını, həmçinin İsrailə təzyiqlərin artacağını gözləyir.

Poliqon.info

Избранный
20
1
poliqon.info

2Источники