RU

Adil Əliyev növbəti səyyar görüş keçirdi - Fotolar

İyulun 30-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev Qaraçuxur qəsəbəsində yerləşən 146 saylı tam orta məktəbdə sakinlərlə səyyar görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, səyyar görüşdə RİH başçısının müavinləri, şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.

Adil Əliyev başçısı bildirib ki, ölkə başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin olunması və göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üçün təşkil olunan səyyar qəbulların əsas məqsədi sakinlərlə daha sıx təmasda olmaq, onların problemlərini bilavasitə dinləmək və operativ şəkildə həll etməkdir.

Səyyar görüşdə məhəllədaxili yollarda asfalt örtüyünün salınması, su və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.







Избранный
15
qafqazinfo.az

1Источники