RU

“Apple” və “Amazon” aprel iyun dövrü üçün gəlirlərini açıqlayıb

ain.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ-ın texnologiya nəhənglərindən biri olan "Apple", aprel-iyun dövründə illik müqayisədə təxminən 10 faiz, "Amazon"un satışları isə 13 faiz artıb.

Bizimyol.infoİyunun 28-də başa çatan üç aylıq dövrü maliyyə təqvimində üçüncü rüb kimi qiymətləndirən “Apple”ın maliyyə hesabatına görə, şirkətin gəliri illik müqayisədə təxminən 10 faiz artaraq 94 milyard dollara çatıb. “Apple” ötən ilin eyni dövründə təxminən 85,8 milyard dollar gəlir əldə edib.

Şirkətin xalis gəliri də eyni dövrdə 9,3 faiz artaraq 23,4 milyard dollar olub. Şirkət ötən ilin aprel-iyun aylarında 21,4 milyard dollar mənfəət əldə edib.

Bu dövrdə səhm üzrə mənfəət 1,40 dollardan 1,57 dollara yüksəlib.

Bu dövrdə “Apple”ın “iPhone” və “Mac” satışları artıb, “iPad” satışları isə azalıb.

Aprel-iyun dövründə “iPhone” satışları illik müqayisədə 13,5 faiz artaraq 44,6 milyard dollara çatıb.

Eyni dövrdə “Mac” satışları 14,8 faiz artaraq 8 milyard dollar, “iPad” satışları isə 8,1 faiz azalaraq 6,6 milyard dollar təşkil edib.

Ölkənin e-ticarət nəhəngi "Amazon"un maliyyə hesabatları da ikinci rübdə şirkətin satışlarının artdığına işarə edib.

Müvafiq olaraq, "Amazon"un xalis satışları bu ilin ikinci rübündə keçən ilin eyni dövrü ilə müqayisədə yüzdə 13 artaraq 167,7 milyard dollara çatıb. Ötən ilin ikinci rübündə şirkətin xalis satışları 148 milyard dollar təşkil edib.

İkinci rübdə "Amazon"un xalis mənfəəti də 18,2 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə şirkət 13,5 milyard dollar xalis mənfəət əldə edib.

Elektron ticarət nəhənginin səhm başına qazancı keçən ilin ikinci rübündə 1,26 dollardan bu ilin eyni dövründə 1,68 dollara yüksəlib.

"Amazon", bu ilin üçüncü rübündə 174 milyard dollardan 179,5 milyard dollara qədər xalis satış gözlədiyini açıqladı.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
7
1
bizimyol.info

2Источники