İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş U-15 və yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi başa çatıb.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Operativ Media-ya verilən məlumata görə, qitə miqyaslı yarışda mübarizə aparan 15 yaşadək atletlərdən ibarət komanda üçüncü yeri tutub.
Musab Məmmədtağıyev, Lətif Əliyev və Muhəmmədəli Məmmədzadənin qazandığı 3 qızıl və 4 gümüş medal sayəsində Azərbaycan komandası İspaniya, Polşa və Bolqarıstan kimi kollektivləri qabaqlayıb.