RU

Castin Timberleykdə xəstəlik aşkarlandı

Amerikalı müğənni Castin Timberleyk ona Laym xəstəliyi diaqnozu qoyulduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi instaqram hesabında bildirib.
 

Müğənni “Forget tomorrow” dünya turnesinin başa çatması ilə bağlı açıqlamasında xəstəliyindən də bəhs edib. 


Timberleyk xəstəliyin nə vaxt aşkarlandığını açıqlamayıb.

O bildirib ki, diaqnozla bağlı əvvəlcə danışmaq istəməyib, çünki həmişə belə şeyləri gizli saxlamağı öyrədiblər. Lakin müğənni hekayəsinin yanlış anlaşılmaması üçün açıq danışmağa qərar verib.

Qeyd edək ki, Laym xəstəliyi gənələr vasitəsilə yayılan təbii ocaqlı infeksiyadır. Bu xəstəlik dəriyə, oynaqlara, sinir sisteminə və ürək-damar sisteminə zərər yetirə bilər.

Xatırladaq ki, bu yaxınlarda Castin turne çərçivəsində Bakıda konsert proqramı ilə çıxış edib.

Bizim.Media

Избранный
78
3
bizim.media

3Источники