RU

Arif Babayevin son görüntülərini PAYLAŞDI - VİDEO

Aparıcı Lalə Azərtaş bu gün vəfat edən Xalq artisti Arif Babayevin sonuncu videolarından birini paylaşıb.

Bizim.Media xəbər verir ki, o, instaqramda paylaşdığı videoya bu sözləri qeyd edib:
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ! Arif Babayev vəfat etdi


“Sükut... Böyük itki... Böyük boşluq... Mədəniyyətimiz böyük kədər yaşayır... Muğam ustadı bizi cismən tərk edib, qəlbimizə və yaddaşımıza əbədi köçdü...

Təxminən iki həftə əvvəl onu evində ziyarət etdim... Ağrı-acısını gizlədərək masaya əyləşib çox sevdiyi Gültəkin xanımın Qarabağ aşından yedik (çünki heç kimi süfrədə oturtmadan əl çəkməzdi Babayevlər ailəsi) və sağollaşıb getmək istəyərkən heç vaxt unutmayacağım təbəssümlə “Sən sözünə düz xanımsan” deyərək məni alqışla əl çala-çala yola saldı. Xanımına, qızı və nəvəsinə o niyə məni alqışla yola salır deyə gülümsədim.

Axı alqışa layiq adam odur! Alqışa, xoş sözlərə,sevgiyə, hörmətə, diqqətə layiq adam gün biz onu alqışlarla yola salaq. Yeri cənnət adam,  Allah rəhmət etsin, ustad”.


Sara, Bizim.Media

Избранный
33
11
bizim.media

10Источники