RU

Bakı TASS-ı geri addım atmağa məcbur etdi....

Azərbaycan Xarici İşlər Nazirliyinin sərt reaksiyasından sonra Rusiya xəbər agentliyi TASS geri addım atmağa məcbur olub.

Demokrat.az  xəbər verir ki, agentlik əvvəlcə verdiyi məlumatda “Xankəndi” əvəzinə separatçıların istifadə etdiyi “Stepanakert” adından istifadə etsə də, sonradan bu ifadəni “neytral” hesab edilən “Dağlıq Qarabağ” adı ilə əvəz edib.

Rəsmi Bakı məsələ ilə bağlı TASS-a etiraz notasını təqdim edib və bir daha xatırladıb ki, azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsində iştirak etmiş bolşevik Stepan Şaumyanın şərəfinə Xankəndinin adının dəyişdirilməsi qəbuledilməzdir və təhqir kimi qiymətləndirilir.

Azərbaycan tərəfi xəbərdarlıq edib ki, belə hallar davam edəcəyi təqdirdə Rusiya şəhərlərinin tarixi adlarının, Königsberq, Orınbor, Solja-Qala, İtil və digərlərinin rəsmi istifadəsinə başlanıla bilər.

Избранный
88
3
demokrat.az

4Источники