RU

Tünzalə vidalaşaraq getmişdi – Röyal illər sonra hər şeyi danışdı

Xərçəng xəstəliyindən vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyal Babayev yeni paylaşımı ilə diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, Röyal Babayev sosial media hesabında qızı Zəhra və mərhum həyat yoldaşı ilə birgə fotosunu paylaşaraq duyğusal sözlər yazıb:

“915 gün! 2 il bundan əvvəl, bu vaxtlar idi. Dedi ki, Röyal, gedək Gəncəyə, atamı görüm, görüşüm. Sabah nə olacağını kim bilər? Mən də dedim, gedək, amma sağollaşmağa deyil, bir az istirahət edərsən deyə! Hər kəs haqqında yaxşı düşünən o igid, hər kəsə son qonaqlığını verdi və dediyi kimi hamı ilə vidalaşdı. Marqarita pizza

Dünyaya gəlişi ilə gedişi də çox önəmli idi! Günahsız uşaq kimi gəldi dünyaya, əxlaqlı, başı uca şəkildə bu dünyanı tərk elədi.

İnşallah, mənə də bu cür ölüm nəsib olar!

Lə ilahə illəllah…”

Aydan Hacı 


Telegram kanalımız
Избранный
39
2
yenisabah.az

3Источники