RU

18-ci mərtəbədən yıxıldı, SAĞ QALDI

Yazını böyüt
Yazını kiçilt

Çinin Hançjou şəhərində üç yaşlı uşaq 18-ci mərtəbənin pəncərəsindən yıxıldıqdan sonra sağ qalıb.

Hafta.az xəbər verir ki, bu barədə məlumatı "South China Morning Post" nəşri yayıb.

Uşaq evdə babası və nənəsinin yanında qalıb. Onlar uşağın yatdığını düşünərək mağazaya getmək qərarına gəliblər. Oğlan uşağı yuxudan oyanaraq vanna otağına gedib və hamam üçün taxtacığın üzərinə çıxıb. Onun üstündə isə qoruyucu barmaqlığı olmayan pəncərə yerləşib. Uşaq müvazinətini itirərək yıxılıb. Yoldan keçən yerli sakin uşağı yerdə tapıb. Atası hesab edir ki, uşağın yıxılma trayektoriyası 17-ci mərtəbədəki açıq pəncərə səbəbindən dəyişib. Bu səbəbdən uşaq kənardakı ağacın üstünə düşüb və bu zərbənin gücünü zəiflədib. Uşağın sol qolunda sınıq, onurğa sütununda və daxili orqanlarında zədələnmələr aşkar edilib.

Избранный
8
hafta.az

1Источники