RU

Rusların Kiyevdə çoxmərtəbəli binaya hücumu nəticəsində ölənlərin sayı kəskin artıb

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyanın Kiyevdə çoxmərtəbəli yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 3-ü uşaq olmaqla 26-ya çatıb.

Bizimyol.info xəbər verir ki, Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına görə, gecə və səhər saatlarında xilasedicilər Svyatoşinski rayonunda yaşayış binasının dağıntıları altından 2 yaşlı uşaq da daxil olmaqla 10 nəfərin cəsədini çıxarıblar.

"16-sı uşaq olmaqla 159 nəfər xəsarət alıb", - deyə Fövqəladə Hallar Xidməti əlavə edib. Fövqəladə Hallar Nazirliyinin psixoloqları tərəfindən 112 nəfərə yardım göstərilib. Ərazidən 2000 tondan çox dağıntı çıxarılıb. Fəsadların aradan qaldırılmasına 180 xilasedici və 60 texnika cəlb olunub.

İyulun 31-nə keçən gecə Rusiya pilotsuz təyyarələrlə, səhər isə raketlərlə Kiyevə kütləvi hücuma keçib. Paytaxtda mülki infrastrukturun və yaşayış binalarının dağılması və zədələnməsi qeydə alınıb.

Daxili işlər naziri İqor Klimenko bildirib ki, Kiyevin Svyatoşinski rayonundakı evə düşmən raketi ilə birbaşa zərbə endirilib. Raket 5-ci mərtəbənin yaxınlığındakı struktura düşüb. Klimenko qeyd edib ki, zərbə nəticəsindən dağılan beton plitələr sakinlərin üzərlərinə düşüb.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
6
bizimyol.info

1Источники