RU

Tramp tarifləri artırıb

"Reuters" xəbər agentliyinin yaydığıməlumatagörə, irəli sürülən ixrac tarifləri çərçivəsində ən yüksək göstərici (50%) Braziliyanın "payına düşüb". Eyni zamanda, İsveçrədən gələn mallara 39%, Kanada üçün 35%, Hindistan üçün 25%, Tayvan və Türkiyə üçün 20%, İsrail üçün 15% gömrük rüsumu nəzərdə tutulub.

Sərəncamda vurğulanmayan bütün digər ölkələr üçün gömrük rüsumu isə 10%-də qərarlaşıb. Donald Tramp sərəncamı imzalamazdan qabaq diqqətə çatdırmışdı ki, bu göstəricinin "daha yüksək olması mümkündür".

İstisna deyil ki, yüksək tariflərlə üzləşən ölkələr ABŞ-yə qarşı da öz ixrac tariflərini artıra bilər.

Firudin Həmidli
AzVision.az

Избранный
31
1
azvision.az

2Источники