RU

Arif Babayev vəfat etdi – Yenilənib


Xalq artisti, muğam sənətinin görkəmli nümayəndəsi Arif Babayev 87 yaşında vəfat edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Arif Babayev uzun illər ərzində milli musiqi sənətimizin inkişafında, muğam məktəbinin qorunub saxlanılmasında və yeni nəsil ifaçıların yetişdirilməsində böyük xidmətlər göstərib. Onun zəngin yaradıcılığı, pedaqoji fəaliyyəti və sənətə verdiyi töhfələr xalqımızın mədəni irsində daim yaşayacaq.
Xalq artistinin müalicə aldığı Mərkəzi Klinika da onun ölümü ilə bağlı məlumat yayıb:
“Bu gün səhər saat 06:30 radələrində xalq artisti, görkəmli ictimai xadim, sevimli muğam ustadı Arif İmran oğlu Babayev Mərkəzi Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsində həyata keçirilən hərtərəfli kompleks müalicə tədbirlərinə baxmayaraq vəfat edib”.
Allah rəhmət eləsin!
Xatırladaq ki, A.Babayev 20 fevral 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olmuşdu. 

***8:55
Xalq artisti Arif Babayev dünyasını dəyişib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Oxu.Az-a onun oğlu Yaşar Babayev məlumat verib.
O qeyd edib ki, A.Babayev səhər saat 6-da vəfat edib.
Y.Babayev əlavə edib ki, 87 yaşlı Xalq artisti ürək çatışmazlığından dünyasını dəyişib.
Избранный
99
4
yeniavaz.com

10Источники