RU

Şükürov: “Dəqiq olsaydıq, belə səhvlər olmazdı”

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Kəpəz”in baş məşqçisi Adil Şükürov “Sumqayıt”a məğlub olduqları yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən matçla bağlı bunları deyib:

“Uşaqlar yorğunluq fonunda mübarizə apardılar. Məşqlərdə fiziki çox yüklənirlər. Ona görə matçda da yükləmə altında oynadılar. Müdafiədə xırda səhvlər səbəbindən qollar buraxdıq. Epizodlarda bir az düzgün, dəqiq olsaydıq, belə səhvlər olmazdı. Hər mövqedə çatışmazlıqlar var. Danışıqlar gedir, transferlərimiz gələndən sonra daha yaxşı formalaşmış komanda görəcəyik.

Heyət komplektləşmədiyindən bəzi futbolçuları məcburiyyətdən öz mövqelərində oynada bilmirik. Bu da komandanın oyununa öz təsirini göstərir. Oyunçular doğma mövqelərində çıxış etməyə başladıqdan sonra daha mübariz, nəticəli komanda olacağıq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
22
3
futbolpress.az

8Источники