Portuqaliya Superkubokunun qalibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, San Joau da Vendadakı "Alqarve" stadionunda baş tutan həlledici matçda "Sportinq" və "Benfika" üz-üzə gəliblər.
1:0 hesablı qələbə qazanan "Benfika" titula sahib çıxıb. Yeganə qola görüşün 50-ci dəqiqəsində Vangelis Pavlidis imza atıb.
"Benfika" tarixində 10-cu dəfə Portuqaliya Superkubokunu qazanıb.
Qeyd edək ki, bu titulu ən çox əldə edən "Portu"dur - 24 dəfə. "Sportinq"in hesabında isə 9 belə uğur var.
Nihat