RU

Dəmir yolunun gözətçisinin ölümündə günahlandırılan traktorçusuna nə qədər cəza verildi?

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Əzim Balayevin (adı, soyadı şərtidir) barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protesti və zərərçəkmişin kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisinin isə kassasiya şikayəti təmin olunmayıb.

 

İttihama görə, hadisə 2023-cü il martın 25-də saat 09:30 radələrində Şabran rayonu Uzunboyad kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, Əzim Balayevin idarə etdiyi traktor qatarla toqquşub. Nəticədə traktor gözətçi məntəqəsinin yanında dayanmış, həmin keçidin gözətçisi olan N.İsgəndərovun üzərinə aşıb. O, hadisə yerində ölüb.

 

Şabran Rayon Məhkəməsinin hökmü ilə Əzim Balayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 10 ay müddətə azadlıqdan məhrum edilib. Hökmündən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Sumqayıt Apellyasiya Məhkəməsi isə apellyasiya protestini təmin etməyib. Daha sonra dövlət ittihamçısı kassasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi isə kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

 

Kamal Məmmədov

Tarix: 1 Avqust 2025, 08:46   
Избранный
13
pravda.az

1Источники