Ajans.az  xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Zəlzələnin Martuni şəhərindən 6 km şimal-qərbdə qeydə alındığı bildirilir. Zəlzələnin ocağı 10 km dərinlikdə, zəlzələnin maqnitudası 3 bal olub.

Zəlzələ Qeqarkunik rayonunun Martuni və Dzoraqyuq, Liçk, Vardadzor kəndlərində 2-3 bal gücündə hiss olunub.