RU

Laos prezidenti Putinə fil hədiyyə edib

Laos Rusiya ilə diplomatik münasibətlərin 65 illiyi qeyri-adi jestlə qeyd edib...

Poliqon RBK nəşrinə istinadən xəbər verir ki, Moskvada keçirilən rəsmi danışıqlar zamanı Laos Xalq Demokratik Respublikasının prezidenti Thonqlun Sisulit Rusiya prezidenti Vladimir Putinə qeyri-adi hədiyyə, iki fil təqdim edib.

Sisulit bildirib ki, bu jest Laosla Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 65 illiyi münasibətilə gerçəkləşdirilib: “Bu münasibətlə Laos dövləti və xalqı sizə və ya Rusiya Federasiyasına iki fil hədiyyə etmək istəyir,” – deyə o, Kremlin binasında keçirilən görüşdə bildirib.

Vladimir Putin bu hədiyyəyə görə təşəkkür edib və zarafatla “təsərrüfatda yararlı olar” deyə cavab verib.

Sisulit Rusiyaya rəsmi səfər çərçivəsində gəlib. Kremlin yaydığı məlumatda Putin laoslu həmkarını Rusiyanın yaxın dostu adlandırıb və ikitərəfli əməkdaşlığın müsbət dinamika ilə inkişaf etdiyini vurğulayıb. 2025-ci ilin ilk beş ayında ölkələr arasında ticarət dövriyyəsinin 20%-ə yaxın artdığı bildirilib. Rusiya tərəfi laoslu tələbələr üçün ölkə universitetlərində ayrılan kvotaların artırılmasına hazır olduğunu bəyan edib.

Görüşdə sentyabrda Vladivostokda keçiriləcək Şərq İqtisadi Forumu da müzakirə olunub. Vladimir Putin həm Sisuliti, həm də Laosun baş naziri Sonəksay Siphandonu tədbirdə iştirak etməyə dəvət edib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlardan sonra tərəflər imzalanmış sənədlərlə qarşılıqlı mübadilə aparacaq və birgə bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu, son iki ildə liderlərin üçüncü görüşüdür. Əvvəlki danışıqlar 2023-cü ilin sentyabrında Şərq İqtisadi Forumu çərçivəsində və həmin ilin oktyabrında Pekində baş tutub.

Laosun ənənəvi mədəniyyətində fil hədiyyəsi dərin simvolik mənaya malik olub, yüksək hörmət, ləyaqət və hakimiyyət anlayışları ilə əlaqələndirilir. Tarixən belə bir hədiyyə təkcə rəmzi deyil, həm də siyasi dəyərə malik sayılıb.

Poliqon.info

Избранный
32
poliqon.info

1Источники