RU

Tramp Ağ Evdə bal vermək üçün zal tikdirmək istəyir

ABŞ prezidenti layihəni şəxsi vəsaiti hesabına maliyyələşdirəcək...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə bal zalı inşa etdirmək niyyətindədir. Onun sözlərinə görə, bu, uzun müddətdir reallaşdırmaq istədiyi bir arzudur.

Yeni tikilinin dəyəri təxminən 200 milyon dollar təşkil edəcək. Tramp bildirib ki, bu məbləği şəxsi vəsaiti və adını açıqlamadığı sponsorlar vasitəsilə təmin edəcək:

“Təxminən 200 milyon dollardır, bəli. Biz bunu uzun müddətdir planlaşdırırıq”, deyə ABŞ prezidenti jurnalistlərə açıqlamasında bildirib.

Gözlənilir ki, bal zalı Ağ Evin şərq tərəfində, lakin əsas binadan ayrı şəkildə inşa olunacaq.

Donald Tramp bu ideyadan ilk dəfə iki həftə əvvəl keçirilmiş andiçmə mərasimindən sonra bəhs edib. O, bu təklifi əvvəlki prezident Co Baydenə də verdiyini, lakin cavab almadığını bildirib. Nəticədə, bu təşəbbüsü “özünə təqdim etdiyini” söyləyib.

“Bal zalları tikməkdə çox yaxşıyam. Gözəl balo zalları inşa edirəm”, deyə Tramp əlavə edib.

Poliqon.info

Избранный
68
poliqon.info

1Источники