RU

KL: "Zirə" avrokubokla vidalaşdı

"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Hayduk"la cavab oyununa çıxıb. 

Fanat.Az xəbər verir ki, "qartallar" evdə 1:1 hesablı bərabərliyə razılaşdıqları Xorvatiya komandası ilə səfərdəki matçın əsas vaxtında da heç-heçəyə nail olub. 

Quimanın ikinci xəbərdarlıqdan sonra qırmızı vərəqə alaraq meydandan qovulması nəticəsində 77-ci dəqiqədən etibarən azlıqda mübarizə aparmalı olan "Zirə" 90+3-də İssa Cibrilanın qolu ilə bərabərliyi təmin edib görüşü əlavə vaxta qədər uzadıb. Ancaq 95-ci dəqiqədə yenidən hesabda geri düşən Rəşad Sadıqovun komandası matçı xilas edə bilməyib. 

Beləliklə, iki oyunun nəticəsinə görə 2:3 uduzan təmsilçimiz avrokubokda mübarizəni dayandırıb. 

UEFA Konfrans Liqası
2-ci
təsnifat mərhələsi, cavab oyunu
31
iyul

"Hayduk" (Xorvatiya) - "Zirə" (Azərbaycan) 2:1 (əlavə vaxtda)
Qol:
Krovinoviç, 19. Benrahu, 95. - İssa Cibrila, 90+3.
Qırmızı vərəqə: Quima, 77 ("Zirə").
Baş hakim: Luka Payretto (İtaliya).
Split. "Polyud" stadionu.
İlk oyun - 1:1.

"Hayduk": 1. İvuşiç, 4. Payaziti, 7. Kalik, 10. Livaya (k), 22. Mlaçiç, 23. Krovinoviç, 28. Braykoviç, 29. Karaçiç, 31. Şarliya, 32. Ş. Hrqoviç, 37. Skoko.

Ehtiyat oyunçular: 13. Luçiç, 33. Siliç, 5. Diallo, 6. Japer, 8. Siqur, 11. Şeqo, 17. Melinyak, 21. Pukştas, 24. Sanyanq, 34. Durdov, 38. Hodak, 45. Benrahu.

"Zirə": 97. Tiaqo Silva, 4. Ruan Renato, 7. Rövlan Muradov, 8. İsmayıl İbrahimli, 11. Martins Junior, 17. Ayron Qomis, 20. İssa Cibrila, 30. Quima, 32. Qismət Alıyev (k), 87. Abdul Batibie, 26. Stefan Aka

Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 99. Salim Həşimov, 9. Davit Volkov, 10. Giorgi Papunaşvili, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 21. Hacıağa Hacıyev, 29. Ceyhun Nuriyev, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 77. Yeqor Boqomolski

Избранный
44
fanat.az

1Источники