Lerikdə elektrik cərəyanı “Aztelekom” MMC-nin əməkdaşını vuraraq öldürüb.
Viral.az xəbər verir ki, hadisə Cəngəmiran kəndində baş verib.
Belə ki, rayon sakini 1972-ci il təvəllüdlü Sərdar Balı oğlu Həmidov təmir-bərpa işləri apararkən elektrik cərəyanı onu vurub. O, hadisə yerində ölüb.
Son Yazılar:
- “Aztelekom”un əməkdaşını cərəyan vurub öldürdü
- Tərtər çayında uşaq batdı
- Sabit tarifin tətbiq olunması nə vəd edir?
S.Həmidovun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayonlararası Zona Mərkəzinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır (Report).