RU

Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb, 130-dan çox yaralı var - Yenilənib

Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlərin sayı 15-ə çatıb..

APA xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko məlumat verib.

Onun sözlərinə görə, hücumlar nəticəsində 145 nəfər xəsarət alıb, onlardan 14-ü uşaqdır.

***

Rusiya Silahlı Qüvvələrinin Kiyevə raket zərbələri endirməsi nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb, onlardan biri uşaqdır.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
"93 nəfər xəsarət alıb, onlardan 11-i uşaqdır", - məlumatda qeyd olunub.

Axtarış-xilasetmə işləri davam edir.

***

Rusiyanın Ukraynanın Kramatorsk şəhərində (Donetsk vilayəti) yaşayış binasına zərbə endirməsi nəticəsində bir nəfər həlak olub, daha 11 nəfər yaralanıb.

“Report” Ukrayna mediasına istinadən xəbər verir ki, bunu Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.

"Kramatorskda ən azı bir nəfər həlak olub, 11 nəfər isə yaralanıb. Rusların beşmərtəbəli binaya zərbə endirməsi nəticəsində binanın yarısı tamamilə dağılıb. Yaralılardan birinin vəziyyəti ağırdır", - V.Filaşkin qeyd edib.

Onun sözlərinə görə, hadisə yerində fövqəladə hallar üzrə yardım xidmətləri işləyir. Xilasetmə işləri davam edir.

Poliqon.info

Избранный
54
32
poliqon.info

10Источники