RU

Zaqatalada avtomobilin vurduğu qadının kimliyi MƏLUM olub

Xəbər verdiyimiz kimi Zaqatala-Qax avtomobil yolunun Muxax kəndindən keçən hissəsində avtomobil qadını vurub.

Zaqatalada avtomobilin vurduğu qadının kimliyi məlum olub.
 

MÖVZU İLƏ BAĞLI:

Zaqatalada avtomobil qadını vurub – ÖZƏL/VİDEO


DİN-in Mətbuat Xidmətinin regional qrupundan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala rayonunun Muxax kəndi ərazisində avtomobil yolu keçən piyada, 1966-cı il təvəllüdlü Südabə Mürsaliyevadır. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanıb, araşdırma aparılır.

Leyla Vəfadar, Bizim.Media, Mərkəzi Aran

Избранный
29
4
bizim.media

5Источники