RU

İstiliyin qiymətlnin artmasının “Azəristiliktəchizat” ASC-yə xeiyri olacaq?

Hər zaman “Azəriqaz” ASC-yə borclu olduğu üçün şikayətçi olan “Azəristiliktəchizat” ASC son yarım ildə istiliyin qiymətini iki dəfə, üst-üstə 100%-dən çox qaldırmağa nail oldu...

Bəlkə də bu nailiyyətə görə “Azəristiliktəchizat” rəhbərliyini təbrik etməyə dəyər. Çünki əgər 2023-2024-cü illərə qədər istilik dövlətin ən ucuz sosial xidmət sahəsinə aid idisə, cəmi yarım ilin içində “Azəristiliktəchizat” ASC əhaliyə ən bahalı xidmət göstərən quruma çevrildi. Amma əhalinin sosial müdafiəsi baxımından “Azəristiliktəchizat” ASC-nin bu “nailiyyətinin” nə qədər uğurlu hesab edilməsi də mübahisəli məsələdir…

Hələlik isə bir şeyə aydınlıq gətirməyə çalışaq. Doğrudanmı istiliyin qiymətlnin artması “Azəristiliktəchizat” ASC-yə xeyiri olacaq və bu qurum mənfəətlə çalışacaq? Yəni bundan sonra qurumun “Azəriqaz” ASC-yə borcu olamayacaqmı və bu borcu hökümət ordan-buraya, burdan-oraya yamaq edərək qapamağa çalışmayacaq ki? Bu sualın cavabını hələ heç kim bilmir…

Hələliksə aydın olan bir şey var. İstiliyin qiymətlnin artmasının “Azəristiliktəchizat” ASC-yə heç bir xeyiri olmayacaq.

Çünki, təsdiqlənən qiymətlər istiliyin qiymətini kombi xərclərindən də yüksəyə çıxarıb. Nəzərə almaq lazımdır ki, “Azəristiliktəchizat” ASC-nin xidmətindən sovet dönəmindən qalan binalarda yaşayan əhali istifadə edir və bu əhali nisbətən daha kasıb vətəndaşlardır. Əhalinin sosial müdafiəsini təmin edəcək məmurların isə belə yanaşmaları anlaşılmazdır və bu yanaşma əslində nə əhalinin, nə də “Azəristiliktəchizat” ASC-nin maraqlarını təmin etmir.

Niyəsi də odur ki, dövlətin satdığı istiliyin qiyməti kombi sərfiyyatından daha baha olduğu halda, təbii olaraq abonentlər əhaliyə daha keyfiyyətsiz və problemli istilik verən “Azəristiliktəchizat” ASC-nin balansından çıxacaqlar. Qiymətlərin qaldırılmasında israr edənlər və qiymətləri qaldıranlar bunu başa düşmürlərsə, o zaman sözün bitdiyi yerdəyik…

Ən azından bu sadə həqiqəti altı aylıq istilik təminatı dönəmində boruların və batereyaların tutulması səbəbindən əhaliyə üst-üstə 3 ay normal istilik verməyən “Azəristiliktəchizat” işçiləri bilməlidirlər. Yəni, əslində istiliyin qiymətinin artması “Azəristiliktəchizat” ASC-yə əlavə gəlir saxlamayacaq, əksinə sürətlə abonentlərini itirən dövlət şirkəti zamanla lazımsız quruma çevriləcək…

Poliqon.info

Избранный
15
poliqon.info

1Источники