ABŞ prezidenti Donald Tramp Rusiya və Hindistanla ticarətə biganə olduğunu bəyan edib.
Publika.az xəbər verir ki, o, bu iki ölkənin iqtisadiyyatını ölü adlandırıb. Amerika lideri bununla bağlı “Truth Social” sosial şəbəkəsində yazıb.
"Hindistanın Rusiya ilə nə edəcəyi məni maraqlandırmır. Onlar birlikdə ölmüş iqtisadiyyatlarını məhv edə bilərlər, məni maraqlandırmır. Biz Hindistanla çox az ticarət edirik, onların tarifləri çox yüksəkdir, dünyanın ən yüksək tarifləridir. Eyni şəkildə, demək olar ki, Rusiya və ABŞ da bir-biri ilə ticarət etmir", - o deyib.
Bundan əvvəl Trampın avqustun 1-dən Hindistana 25 faiz rüsum tətbiq edəcəyi barədə məlumat yayılmışdı.