RU

30 il əvvəl dondurulmuş embriondan uşaq dünyaya gəldi

ABŞ-da elm və texnologiyanın nailiyyətləri sayəsində bənzəri nadir rast gəlinən hadisə baş verib.

AzPost bildirir ki, 1994-cü ildə kriokonservasiya ilə dondurularaq saxlanılmış embriondan bu ilin iyulunda sağlam oğlan uşağı dünyaya gəlib. Uşaq Taddeus Daniel Pirs adlandırılıb və onun doğumu MIT Technology Review tərəfindən “rekord hadisə” kimi təqdim olunub.

Taddeus 2025-ci il 26 iyul tarixində doğulub. Bu, o deməkdir ki, onun istifadə olunduğu embrion 30 il yarım əvvəl — 1994-cü ildə laboratoriya şəraitində yaradılıb və o vaxtdan dondurulmuş vəziyyətdə saxlanılıb. Həkimlərin sözlərinə görə, bu, rəsmi qeydə alınan ən uzun müddət dondurulmuş embriondan doğulan uşaqdır.

1994-cü ildə adı açıqlanmayan bir qadın süni mayalanma (EKO) proseduru zamanı bir embrionu bədəninə köçürdür, lakin digər üç embrion dondurularaq saxlanılır. Bu dondurulmuş embrionlardan biri 2025-ci ildə başqa bir qadına köçürülərək Taddeusun dünyaya gəlməsinə səbəb olub.

Mütəxəssislər bu hadisəni tibbi texnologiyaların inkişafı və kriokonservasiya texnikalarının etibarlılığının sübutu kimi qiymətləndirirlər. Kriogen saxlama üsulu ilə embrionların onilliklərlə saxlanması və sonradan uğurla istifadə olunması, sonsuzluq müalicəsi və donor embrion proqramlarında yeni perspektivlər açır.

AzPost.az

Избранный
44
azpost.info

1Источники