Ağdamın Xıdırlı kəndinə Bakıya 20 ailə, Bərdədən 68 nəfər, Ağdamdan 8 ailə, Mingəçevirə 5 ailə, Yevlaxdan 3 ailə , Qəbələdən 1 ailə, Oğuzdan 1 ailə, Ağcabədidən 1 ailə, Abşerondan 1 ailə, Ağdaşdan 1 ailə olmaqla cəmi 225 nəfər köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə dövlət Komitəsi məlumat yayıb.
Bununlada Ağdamın Xıdırlı kəndinə cəmi 188 ailə (737 nəfər) köçürülüb.
Ağdam 2020-ci ilin noyabrında işğaldan azad edilib. İkinci Qarabağ Müharibəsində ən çox zərər çəkmiş rayondur. Müharibəyə qədər Ağdamda 143 min insan yaşayıb.
Prezidentin sərəncamı ilə imzalanan Qarabağa qayıdış proqramı çərçivısində 2026-ci ilə kimi 20 min nəfərin Ağdama köçürülməsi nəzərdə tutulub.
Aytac Zeynalova